“Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən “Abituriyent” hazırlıq kursu müəllim vəzifəsinə müsabiqə elan edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Hazırlıq kursuna Azərbaycan dili, riyaziyyat, fizika, tarix, kimya, coğrafiya, ingilis dili və biologiya fənləri üzrə müəllimlər tələb olunur. Müsabiqə 3 mərhələdən ibarətdir. Namizədlərdən Ali təhsil, ən azı 1 il pedaqoji təcrübə, təlim və tədris metodologiyaları haqqında anlayış, tədris etdiyi fənn üzrə yüksək səviyyədə bilik, kompüter və internet haqqında biliklər tələb olunur.