Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Artıq erməni məsələsi Türkiyə-ABŞ münasibətlərində həlledici xarakter daşımır”
    Mübariz Əhmədoğlunun fikrincə, Vaşinqtonun əsas məqsədi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin Sürix protokollarının imzalanmasından öncəki vəziyyətə gətirilməsinə nail olmaqdır  

    Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi üzrə sammit Türkiyə-Ermənistan münasibətlərini yenidən gündəmə gətirdi. Sammitin işində iştirak edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanla görüşərək Sürix protokollarının imzalanmasından sonra yaranan problemləri müzakirə etdi. Sonra iki liderin görüşü amerikalı diplomatın iştirakıyla təkrarlandı. İndi belə bir şəraitdə bu prosesin hansı istiqamətdə irəliləyəcəyi sualları gündəmə gəldi. Biz də bu suallarla Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğluna müraciət etdik.

    - Mübariz müəllim, Vaşinqtonda keçirilən görüşlərin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına təkan verəcəyini proqnozlaşdırmaq olarmı?

    - Məncə, yox. Çünki hazırda Ermənistanla Türkiyə arasındakı münasibətlər Sürix protokollarının imzalanmasından əvvəlkinə nisbətən daha gərgindir. Mən deyərdim ki, hətta, düşmənçilik səviyyəsindədir. Xüsusilə də Ermənistan rəhbərliyində təmsil olunan şəxslər Türkiyə dövlətinin rəsmi şəxsləri haqqında diplomatik etiket qaydalarına uyğun gəlməyən ifadələr işlədirlər. Onlar Türkiyə rəsmilərinə «şərəfsiz» deyirlər, 1915-ci il hadisələri üçün Nürinberq Məhkəməsi istəyirlər.

    Özü də bu sözləri sıravi erməni siyasətçisi, deputatı, QHT təmsilçisi, politoloqu deyil, dövlət rəsmiləri səsləndirirlər. Məsələn, Ermənistan parlamentinin spikeri qısa müddət ərzində Türkiyə rəsmiləri haqqında iki dəfə «şərəfsiz» ifadəsini işlədib. Protokollar imzalanmamışdan öncə isə bu cür ifadələr işlədilmirdi. Mənə belə gəlir ki, bu terminologiyanı da kənara qoysaq, Ermənistan protokolların imzalanmasından sonra bir sıra gözlənilməz addımlar atdı. Bu ölkənin Konstitusiya Məhkəməsi protokolların məzmununu təhrif edən qərar çıxardı, Ermənistanda beynəlxalq müqavilələrdən imtina ilə bağlı qanunvericilik aktının qəbul olunması məsələsi gündəmə gəldi. Protokollar imzalanandan sonra ABŞ və İsveç parlamentariləri qondarma erməni soyqırımı ilə bağlı qətnamələr qəbul etdilər. Bütün bunlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin gərginləşməsinə səbəb oldu.


    - Sizcə belə bir məqamda Amerikanın yenidən dövriyyəyə girməkdə məqsədi nədir?

    - Mənə belə gəlir ki, indi Amerikanın əsas məqsədi Türkiyə ilə Ermənistan arasındakı münasibətləri 10 oktyabr – Sürix protokollarının imzalanmasından öncəki vəziyyətə gətirməkdir. Amma Amerikanın bu məqsədinə nail olduğunu düşünmək çətindir. Ərdoğanla Sarkisyan arasındakı görüş göstərdi ki, tərəflərin heç biri geriyə addım atmaq niyyətində deyil. Onların hər biri Vaşinqton görüşünə öz tələb və təklifləri ilə gəlmişdilər. Yəni həm Ərdoğan, həm də Sarkisyan görüşdən öncə tutduqları mövqedə qaldılar. Sadəcə olaraq Türkiyə bir qədər çevik diplomatik addımlar ataraq Ermənistanı qabaqladı. Türkiyə son addımları ilə Ermənistana protokollardakı imzasından imtina etmək imkanı vermədi. Xatırlayırsınızsa, Vaşinqtona yollanmamışdan öncə Ermənistan prezidenti Serj Sarkisyan açıq şəkildə bəyan etmişdi ki, onlar Türkiyəylə münasibətlər prosesi ilə bağlı öz konkret qərarlarını veriblər. Prosesləri nəzərə alsaq belə düşünmək olar ki, Ermənistan bu prosesin dayandırılması ilə bağlı qərar vermişdi. Serj Sarkisyan planlaşdırırdı ki, Vaşinqtonda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllini şərt kimi irəli sürməsinə cavab olaraq protokollardakı imzasından imtina etsin. Amma Türkiyə Ermənistan prezidentinə bu şəraiti yaratmadı. Beləliklə, Ermənistan prezidenti arzusuna çatmadı.


    - Amerikadakı müzakirələr öncəsi belə bir fikir var idi ki, Obama administrasiyası Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların ratifikasiya proseduru ilə bağlı bir yol xəritəsi hazırlayıb. İki ölkə liderlərinin görüşündə bununla bağlı razılaşma əldə olunacağı gözlənilirdi. Sizcə, artıq bu planın gündəmdən çıxdığını iddia etmək olarmı?

    - Məncə, olar. Düzdür, hələ də Vaşinqtondakı Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında təmaslar davam edir. Tərəflər iki ölkə arasındakı münasibətlərin gələcəyini müzakirə edirlər. Amma nəzərə alsaq ki, Ərdoğanla Sarkisyanın görüşündən sonra tərəflərin Barak Obama ilə birlikdə keçirməyi planlaşdırdıqları üçlü görüş baş tutmadı, artıq bu planın gündəmdən çıxdığını iddia etmək olar. Məsələ burasındadır ki, Ərdoğanla Obamanın görüşünə ABŞ dövlət katibinin müavini qatılıb. Bu o deməkdir ki, artıq Amerikanın da bu prosesə marağı ölür. Bu baxımdan mən düşünmürəm ki, son günlər davam edən təmasların nəticəsi kimi Vaşinqtonda Ermənistan və Türkiyə rəsmiləri arasında hər hansı bir sənəd imzalansın. Ən yaxşı halda tərəflər gələcəkdə münasibətlərin hansı səviyyədə qurulacağını razılaşdıra bilərlər.


    - Amma nəzərə almaq lazımdır ki, qarşıdan 24 aprel gəlir. Sizcə Türkiyə ilə Ermənistan rəsmiləri arasındakı təmaslar nəticəsiz başa çatarsa, ABŞ prezidenti Barak Obama 24 aprel müraciətində 1915-ci il hadisələri ilə bağlı «soyqırımı» ifadəsini işlətməz ki?

    - Bu o qədər də inandırıcı deyil. Hazırda Türkiyə ilə ABŞ arasındakı münasibətlər yüksək səviyyədədir. Diqqət yetirdinizsə ABŞ prezidenti Barak Obama nüvə təhlükəsizliyi sammitinə dəvət olunan bir neçə qonağı şəxsən qarşıladı. Onların arasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da var idi. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Barak Obama özü Ermənistan və Türkiyə liderləri ilə üçtərəfli görüşdən imtina edib. Ərdoğanın səfəri ərəfəsində həm Barak Obama özü, həm də digər hökumət təmsilçiləri Vaşinqtonda keçiriləcək görüşlərdə əsas müzakirə mövzusunun Əfqanıstan, İraq və İran problemi olduğunu bildiriblər. Bu o deməkdir ki, erməni məsələsi Türkiyə-ABŞ münasibətlərində həlledici xarakter daşımır. Bütün bunlar o anlama gəlir ki, artıq erməni məsələsi ABŞ hökuməti üçün arxa plandadır. Belə bir məqamda ABŞ prezidentinin 24 aprel müraciətində «soyqırımı» ifadəsini işlədəcəyini gözləmirəm. 12 aprel görüşləri də bu ehtimalı xeyli azaltdı.


    - Mübariz müəllim, sizcə Vaşinqtonda Türkiyə ilə Ermənistan rəsmiləri arasında aparılan son danışıqların Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hansı təsiri ola bilər?

    - Məncə Ermənistan-Türkiyə danışıqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir resursu tükənir. Ötən müddət ərzində Türkiyə çox cəhd etsə də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşula bilmədi. Ermənistan öz inkarçı mövqeyi ilə bu proseslərdə iştirak imkanlarını məhdudlaşdırır. Bu baxımdan Vaşinqton görüşlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə hər hansı bir təsir göstərməyəcəyini güman edirəm. Mənim fikrimcə, Dağlıq Qarabağ danışıqları elə bir mərhələyə gəlib çatıb ki, artıq münaqişə hətta, Ermənistanın iştirakı olmadan həll edilə bilər. Xatırlayırsınızsa ABŞ, Rusiya və Fransa prezidentləri yeniləşmiş Madrid prinsiplərini elan edəndə Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan bəyan etdilər ki, açıqlanan prinsiplərin böyük əksəriyyəti heç onlarla müzakirə olunmayıb. Görün Ermənstanın nüfuzu hansı səviyyədədir ki, böyük dövlətlər Yerevanla müzakirə etmədikləri məsələləri də gündəmə gətirə bilirlər.


    - Sizcə Türkiyənin Dağlıq Qarabağ danışıqlarına qoşula bilməməsi danışıqların hələ bir müddət də uzanacağı anlamına gəlmir ki?

    - Məncə qətiyyən belə deyil. Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Estoniyada səfərdə olarkən Ermənistana və dünya ictimaiyyətinə xəbərdarlıq etdi. Prezident dedi ki, əgər Ermənistan yenə də danışıqları yubatmaqla məşğul olacaqsa, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi yeni bir mərhələyə qədəm qoyacaq. Azərbaycan bu münaqişənin həlli ilə bağlı fəallığını bir an da olsun azaltmır. Xatırlayırsınızsa, bu günlərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş tərkibli nümayəndə heyəti ilə Türkiyədə səfərdə olub. İran mətbuatı belə bir məlumat yayıb ki, Ramiz Mehdiyev yaxın həftələrdə bu ölkəyə də səfər edəcək. Yəni proses davam etməkdədir və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni mərhələyə qədəm qoyub. Ermənistan artıq danışıqları yubatmaqla heç nəyə nail ola bilməyəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 733
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30