Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Nəinki Azərbaycanda, hətta dünya miqyasında məşhur olan fenomen
    Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 85 illik yubileyini qeyd etdi. Xalqımızın tarixi uğurları, müstəqilliyimizin əldə olunması və möhkəmlənməsi bu dahi şəxsin adı ilə bağlıdır. O, görkəmli dövlət başçısı və ictimai xadim olmaqla yanaşı, həm də beynəlxalq miqyaslı siyasətçi idi. Heydər Əliyevin dövlət və siyasi fəaliyyəti artıq ciddi elmi tədqiqatların obyektinə çevrilmişdir.  On il öncədən ölkəsinin müqəddəratını müəyyən edən bir şəxsiyyətin yeni-yeni gözəl keyfiyyətlərini açmağa çalışan alimin hansı çətinliklərlə qarşılaşdığını öyrənmək üçün, Heydər Əliyev dühasına həsr olunmuş Azərbaycanda ilk doktorluq dissertasiyasının və neçə-neçə monoqrafiyaların müəllifi, Təhsil nazirinin müavini, professor və tarix elmləri doktoru İradə Hüseynova ilə qəzetiminin müxbiri söhbət etmişdir.


    - İradə xanım, Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş ilk doktorluq dissertasiyasını siz müdafiə etmisiz. Sonralar bu dissertasiya işi monoqrafiya şəklində çapdan çıxmışdır. Bu haqda bir qədər ətraflı məlumat almaq istərdik.
    - Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqinə mən, bir alim kimi 90-cı illərin əvvəllərindən başlamışam. Məhz o zaman, mənim doktorluq dissertasiyamın mövzusu -  təsdiq edildi və mən öz elmi axtarışıma başladım. Mövzu «Müstəqil Azərbaycan dövlətçiliyinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu» adlanır. Azərbaycanın, Rusiya Federasiyasının dövlət arxivlərinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin arxiv materiallarının tədqiqi ilə məşğul oldum. Lakin mənim tədqiqatlarımın əsas məxəzşünaslıq bazası kimi Heydər Əliyevin şəxsi arxivinin böyük əhəmiyyəti oldu. Zəngin faktlar və materiallar əsasında gələcək nəsillərə örnək olacaq ümumilli liderimizin geniş fəaliyyəti təhlil edilmiş, elmi cəhətdən əsaslandırılmışdır və ümumiləşdirilmişdir. Mənim doktorluq dissertasiyam hal-hazırda inkişaf edən və gələcəkdə də inkişaf edəcək əliyevşünaslığın elmi tədqiqatı istiqamətində ilk addım oldu. Mən tərəfdən hazırlanan dissertantlar və aspirantlar bu geniş mövzunun işlənməsini davam etdirirlər. 
    Konkret olaraq sənədlərə gəldikdə isə, mən deyə bilərəm ki, işin gedişatınta istifadə etdiyim ədəbiyyatların sayı yüzlərlə, hətta, minlərlə idi. Monoqrafiyalar yazarkən istifadə etdiyim arxiv sənədlərinin siyahısı isə on minlərlə idi.

    - Siz həmçinin ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş bir neçə kitabın müəllifisiniz. Heydər Əliyev kimi böyük bir şəxsiyyətin irsini öyrənmək və təbliğ etmək heç də asan iş deyil.

    - İlk növbədə qeyd etmək istərdim ki, Heydər Əliyev kimi böyük şəxsiyyət haqqında yazmaq çox böyük məsuliyyətdir, çünki başqalarından fərqlənən bu insanın fəaliyyəti çox əhəmiyyətli, genişmiqyaslıdır. Demək olar ki, onun fəaliyyətinin hər dövrü ayrıca tədqiqat mövzusudur.
    Onun haqqında dürüst, obyektiv, elmi təhlillərə, dəlillərə, faktlara və ümumiləşmələrə əsaslanaraq yazmaq lazımdır. Mən xoşbəxtəm ki, xalqımızın dahi oğlu, təcrübəli siyasətçi və dövlət xadiminin, müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevə həsr olunmuş ilk dissertasiyanı yazmaq mənə nəsib oldu. Hər zaman xalqına, cəmiyyətə faydalı olmaq və xalqın sevgisini qazanmaq həyatda onun yeganə amalı idi.
    İrimiqyaslı rəhbər olmaq – onun xarizması, ona Tanrı tərəfindən bəxş olunmuş bir keyfiyyət idi.
    Bu mövzunu işləmək mənim üçün həm çətin, həm də asan idi. O, analitik istedadı, geniş dünya görüşü sayəsində, həm sovet hakimiyyəti dövründə, həm də mustəqillik illərində Azərbaycan Respublikasının inkişafını təmin etmişdir. Biz – Heydər Əliyev müasirləri bunu layiqincə qiymətləndirə bilərik. İşin yüngüllüyü onda idi ki, biz bütün bu hadisələrin və ulu öndərin siyasi fəaliyyətinin canlı şahidi olmuşuq. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, analoqu olmayan və nəhəng işlərinin gərginliyini, iqtisadiyyat, incəsənət, elm və istənilən fəaliyyət sahələrində üzünü büruzə verən geniş zəkasını oxuculara çatdırmaq isə bir qədər çətin idi.
    Mənim elmi işim 1941-ci ildən başlayaraq Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərinə həsr olunub. Mən çalışdım ki, bir dissertasiya işində onun bütün fəaliyyət dövrlərini əhatə edim. Doktorluq dissertasiyasının müdafiəsi Respublikanın ən qabaqcıl alimləri, tarixçiləri, akademiklərinin iştirakı ilə keçdi. Onların hər biri, istisnasız olaraq, belə qənaətə gəldilər ki, Heydər Əliyev haqqında doktorluq dissertasiyasının müəllifi qarşısına qoyduğu məqsədin öhdəsindən layiqincə gəlmiş və xalqımızın böyük oğlunun siyasi fəaliyyətini dərin və obyektiv şəkildə təhlil etmişdir.
    Doktorluq dissertasiyasından əlavə, daha üç monoqrafiyamda Heydər Əliyevin həyatı öz əksini tapmışdır. Ümumilikdə, mən hesab edirəm ki, ümummilli lider kimi görkəmli şəxsiyyətin, fenomenin dövlət və siyasi fəaliyyətinin öyrənilməsi ciddi hazırlıq və peşəkarlıq tələb edir.
    - İradə xanım, qeyd etmək istərdik ki, bundan sonra ərsəyə gələcək bütün əsərlər ümummilli liderin yoxluğunda yazılacaq. Siz isə öz elmi işinizi Heydər Əliyevin sağlığında, ən vacibi isə, onun razılığı ilə yazmısınız. Bu barədə nə deyə bilərsiniz?

    - Bu gün dünya miqyasında görkəmli siyasətçi və ictimai xadim kimi tanınan, nəcib insani keyfiyyətlərə, yüksək mənəvi dəyərlərə, həssaslıq, diqqət, qayğı və insanlara qarşı məhəbbət hissinə malik olan bu dahi insanın aramızda olmamasını qəbul etmək mənim üçün çox çətindir. Sizin dediyinizə gəldikdə isə, qeyd edə bilərəm ki, sözügedən mövzu üzərində işləməyə başladığım ilk gündən etibarən, Heydər Əliyev bu işin gedişatı və qarşılaşdığım problem və çətinliklərlə daim maraqlanırdı//. Uzun illər müxtəlif dövlət arxivlərində işləyərək, bir çox məlumatları topladıqdan sonra mən bir tədqiqatçı kimi ümummilli liderimizin şəxsi arxivindən istifadə etməyin olduqca zəruri olduğunu hiss etdim. O zaman, mənə bilavasitə Heydər Əliyevin şəxsi arxivindən istifadə etmək imkanının verilməsi xahişi ilə ona müraciət etdim. Heydər Əliyevin icazəsi ilə mənə bu imkan verildi və mən də bir tədqiqatçı kimi bu imkandan maksimal dərəcə istifadə etməyə çalışdım. Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə Azərbaycan Respublikasının sabit inkişafını təmin edə bilib.
    - Siz həmçinin XIX-XXI əsrlərdə Qafqaz xalqlarının mədəniyyət tarixinin ilk dəfə olaraq sistemli və kompleks şəkildə işlənib hazırlandığı və tədqiq edildiyi "Qafqaz xalqlarının tarixi" adlı fundamental dərsliyin müəllifisiniz. Bundan əlavə, bu dərslik mühüm elmi nailiyyət kimi AMEA-nın hesabatına daxil edilib. Hal-hazırda elmi fəaliyyətinizi davam etdirirsinizmi?

    - Artıq uzun illərdir ki, mən Bakı Dövlət Universitetində Qafqaz tarixi fənnindən dərs deyirəm. Bununla yanaşı, bizdə "Qafqazşünaslıq" ixtisası açılıb. Bu gün Qafqaz dünyanın böyük dövlətlərinin siyasət və iqtisadiyyatında mühüm rol oynayır və "Qafqazşünaslıq və tarixçi-qafqazşünasların hazırlanması" ixtisasının açılması böyük əhəmiyyət kəsb edir. çünki bu bizim xalqımızın da tarixidir.
    - Məlum olduğu kimi, "Heydər Əliyev və Qafqazda sülh prosesi" adlı dərslik hazırlanır. Gənclər öz həyatlarını qurarkən Heydər Əliyev şəxsiyyətinin onların istinad nöqtəsinə çevrilməsi üçün nə etmək lazımdır?

    - Uzun illərdir ki, mən həmçinin Bakı Dövlət Universitetində magistratura pilləsində "Heydər Əliyev və Qafqazda sülh prosesi» fənnindən dərs deyirəm. Hələ 2003-cü ildə mən üç dildə (Azərbaycan, rus və ingilis) proqram hazırlayıb çap etdirmişəm və hal-hazırda onun əsasında eyni adlı ali məktəb dərsliyi üzərində işimi sona çatdırıram. "Yeni Azərbaycan" partiyasının yaradılmasının altı illiyinə həsr olunmuş tədbirdə çıxış edən ümummilli lider gənclərlə iş haqqında danışarkən, qeyd etmişdi ki, milli ideologiya – azərbaycançılıq üç müddəaya əsaslanmalıdır: milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər və dövlətçilik. Bu istiqamətlər gənclərin tərbiyəsinin qurulmalı olduğu həmin fundamentdir/.
    - Sizin ümummilli lider Heydər Əliyevin ideyalarına bağlılığınızın göstəricilərindən biri "Yeni Azərbaycan" partiyasına üzv olmağınızdır. Siz həm də bu partiyanın rəhbər orqanının da üzvüsünüz. Elmi və pedaqoji fəaliyyətlə yanaşı, Siz ictimai-siyasi fəaliyyətlə də məşğul olursunuz.

    - İlk növbədə qeyd etmək istərdim ki, "Yeni Azərbaycan" partiyası cəmiyyətin artan ictimai-siyasi tələbatının nəticəsi kimi, ölkədə baş verən siyasi proseslərin tənzimlənməsinə yönəlmiş məsuliyyətli tarixi missiyanı həyata keçirmək zərurətinin nəticəsi kimi meydana gəlib.
    Partiyanın cəmiyyətdə stabilləşmə, vətəndaş həmrəyliyi və milli birliyin gücləndirilməsini, eləcə də ictimai-iqtisadi, hərbi-siyasi, əxlaqi və psixoloji problemlərin optimal həlli yollarının axtarışını əhatə edən geniş fəaliyyət sferası onun siyasi istiqamətinin, fəal və sağlam mövqeyinin göstəriciləri baxımından diqqəti cəlb edir. "Yeni Azərbaycan" partiyası tərəfindən qəbul edilmiş 3 başlıca prinsipə əsaslanır – real tarixi dövrün tələblərinə müvafiq surətdə mədəni, hüquqi və demokratik dövlətin yaradılması; xalqın milli, mədəni və əxlaqi irsinə, eləcə də maarifçilik ideyalarına əsaslanan ümumbəşəri dəyərlər zəminində yaradılmış təkamül yollarının inkişafı; başlıca mövqelərə dair əldə olunmuş razılıq əsasında bütün ictimai təşkilat və partiyalarla fəal əməkdaşlıq.
    Dövlət başçısının həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı xanım Mehriban Əliyevanın dövlət başçısının bütün təşəbbüslərində onu dəstəkləməsi və müstəqil Azərbaycanın möhkəmləndirilməsi, mədəni ənənələrin, Azərbaycan xalqının mənəvi dəyərlərinin inkişafı, respublikada elm və təhsilin inkişafı, Azərbaycan xalqının qiymətsiz irsinin və milli sərvətinin qorunub saxlanması və çoxaldılması işində öz köməyini əsirgəməməsi faktı bizi xüsusilə sevindirir.
     Bu qədər maraqlı müsahibəyə və ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş doktorluq dissertasiyası üzərində apardığınız iş haqqında bizə məlumat verdiyinizə görə Sizə təşəkkür edirik.

    Müsahibəni apardı:
    İskəndər Quliyev

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 891
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30