Sabah Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Festivalda ADU-nun tələbələri “Heydər atamız”, “Xilaskar”, “Vətən” və s. şerlər səsləndirəcək, musiqilər ifa edəcək və milli rəqs nümunələri nümayiş etdirəcəklər. Bundan başqa ulu öndərin həyat yolundan bir səhifə kino- sujet tamaşaçılara təqdim ediləcək.