ADU-da Ələddin Əliyevin 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək
Sabah Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon şurasının üzvü, ADU-nun prorektoru Ələddin Əliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər.
Tədbirdə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov, BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Abuzər Xələfov, Milli Məclisin deputatı, YAP Nəsimi rayon şöbəsinin sədri Məlahət Həsənova, təhsil nazirinin müavini Elmar Qasımov və ADU-nun professor-müəllim heyəti iştirak edəcək.