Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentləri, akademiklər Akif Əlizadə və Nailə Vəlixanlı Rusiya Federasiyasına (RF) səfər edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Səfərin məqsədi aprelin 8-də Moskvada keçiriləcək faşizm üzərində qələbənin 65 illiyinə həsr olunan beynəlxalq konfransda iştirak etməkdir.
Qeyd edək ki, səfər aprelin 10-dək davam edəcək.