İsveçdə yeni məscid və Türk-islam Mədəniyyət Mərkəzinin açılışı olub. KƏLAMİNFO xəbər verir ki, açılışda xristian katolik və pravoslav kilsələrinin baş keşişləri də daxil olmaqla yüzlərlə insan iştirak edib.
Məscid minarəsiz olması ilə diqqət çəkib. Tədbirdə bunun dinlərarası dialoqa heç bir təsir göstərməyəcəyi vurğulanıb.
Qeyd edək ki, son dövrlər bir çox Avropa ölkəsində minarəli məscidlərə və azan oxunmasına qarşı kütləvi aksiyalar keçirilib.