Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Həyasızlığın son həddi
    Biri birinə bağ verdi, o biri ona bir alma da vermədi. Belə bir deyimə atalar sözü də deyirlər. Yəqin ki, tarixdə belə bədxah adamlar olub ki, bu deyim də yaranıb.

    1992-ci ildə ömrümün çətin günləri başlandı. Bu çətinlik xidmət etdiyim sahənin səmərəsi olaraq dövlət tərəfindən mənə verilən mənzilin qaçqınlar tərəfindən tutulması oldu. Taleyin və qədərin bu yazısına narahat olsam da, razılaşmaq məcburiyyətində qaldım. Onlar da mənim kimi vətəndaşdır, onların yurdu-yuvası dağılıb, dedim. Mən birtəhər kirayədə yaşıyaram, qoy həmin qaçqınların qəlbi rahat olsun, deyə düşünürdüm.

    Düşündükcə də mənim evimdə yaşamaqla savab yiyəsi olaram, deyirdim. Sən demə belə deyilmiş. Evimdə yaşayaraq özümə qənim kəsilmiş insanlara xidmət edirmişəm. Yeni Yasamal 1, ev 7, mənzil 29-da qeydiyyatda olduğum üçün hər yerə ünvanımı bu cür vermişdim. «Kəlam» jurnalının, eləcə də «Kamillik» vətəndaşların hüquqi maarifləndirilməsi ictimai-birliyinin və sairənin hüquqi ünvanı da məhz bu evdir. Həmçinin, xaricdə yaşayan dostlarımın mənə ünvanladığı məktub və teleqramlar da həmin ünvana göndərilirmiş. Lakin bu müddət ərzində evimdə yaşayan insanlar bir dəfə də olsun nə göndərilən əmanətləri mənə vermiş, nə də xəbər etmişlər. Halbuki, onlar yaxşı bilirlər ki, lazım olanda mən həmin ərazidə yerləşən 19 saylı MİS-dən müvafiq arayışlar alıram. Heç olmasa uzun illər etdiyim yaxşılıqların əvəzinə mənə aid olan məktub, teleqram və bağlamaları oraya çatdırmalı idilər. Allah şahiddir ki, bu illər ərzində bir dəfə də olsun mən həmin şəxsləri nə narahat etmiş, nə də onlara bir sifariş göndərmişəm. Bir-iki dəfə lazımı təşkilatlarla əlaqə saxlayıb mənzilimin mənə qaytarılması haqqında bəzi sorğular etmiş, aldığım cavablara nisbi də olsa qane olmuşam. Lakin bu günlər Ədliyyə Nazirliyindən mənimlə telefon əlaqəsi yaradan şöbə müdiri məni töhmətləndirərək cərimə edəcəklərini bildirdi. Səbəbini soruşanda, siz bizim sorğu məktublarımızın heç birinə məhəl qoymadığınız üçün cərimə olunacaqsınız, dedilər. Məlum oldu ki, illərlə mənim ünvanıma gedən məktub və sairələr «yaxşı mənzilnişinlərimin» tərəfindən cırılaraq zibilliyə tullanırmış. Nə yaxşı ki, heç vaxt yalan danışmayan Əfqan kişinin «keyvənisi» - qarısı Nəzakət «xanım» bunu özü etiraf etmişdir. Ədliyyə Nazirliyinin məmuruna da, bundan sonra da bu evə nə qədər kağız-kuğuz göndərsəniz cırıb atacağam, demişdir. Hətta, Əfqan kişinin qeyrətli oğlu Azər bala, bir də bura zəng edib bizi narahat etməyin, biz belə adam tanımırıq, demişdir. Hansı ki, mənim evimdə evlənib, ailə qurub, 2 bala da o evdə dünyaya gəlib. Nə qədər əqidəsiz olmalısan ki, bütün bunlara naşükür olasan. Görünür yaxşılığın əvəzi bəzi insanların nəzərində pislik imiş. Mənə - Hacı Mirəziz Seyidzadəyə vacib oldu ki, özümü bu cavan balaya tanıtdırım…
    Mən bu söhbəti mətbuata çıxarmaq istəməzdim, amma 17 il mənim evimdə rahat əl-ayaq uzadıb, süfrə açıb duz-çörək yeyən və sonra da duzqabına tüpürən insanları xalqın qınağına vermək istəyirəm. Bəlkə susmuş vicdanları diksinib narahat oldu. Bu insanlar müsəlman olmasalar da, heç olmasa da azad insandırlar. Azad insanlar öz xoşbəxtliklərini başqalarının bədbəxtliyi üzərində qurmazlar. Müsəlman isə halal-haram qanar…
    17 il bir cavanın ömrüdür. 17 il elm adamı üçün böyük bir ailə içində yazıb-yaratmaq dözülməz də olsa, səbr etmişəm. Artıq səbr kasası da dolub. Daha vaxtdır, evimə sahib çıxmalıyam. Qoy, dövlət təkcə köçkünlərin yox, mən vətəndaşın da qanuni hüququnu müdafiə etsin. Bir də ki, «kəsək atanın cavabı daşdır» deyirlər.
    Tarixi bir hadisəni yazmaqla bu nankor insanları bir az düşünməyə vadar etmək istəyirəm. Bəlkə…
    Bir kəndin yaxınlığından keçən atlı yolüstündə oturan bir kora rəhmi gəlib onu tərkinə götürür. Bir azdan atlı su içmək üçün bulağa enir. Bu zaman özünü korluğa vuran həmin adam atı sürərək, mən getdim salamat qal qardaş, deyərək, gülə-gülə uzaqlaşmaq istəyir. At sahibi xahiş edir ki, bir-iki dəqiqə məni dinlə, sonra getmək istəsən gedərsən. Həmin şəxs atı saxlayaraq, de, nə deyəcəksən, deyir. Mən atımı aparmağına görə təəssüb etmirəm, ona görə narahatam ki, bundan sonra heç kim yolda dayanan şikəst adama hörmət etməz, onları sənin kimi oğru bilib, tərkinə götürməzlər. Kişinin bu sözü oğruya təsir edib, atdan düşür həmin şəxsdən üzr istəyərək, mən bu büdətin – pis işin bünövrəsini qoymaq istəmirəm, deyir.
    İkinci bir hadisə daha maraqlıdır. Bir nəfər axşamçağı paklanmaq üçün ümumi hamama gəlir. Paltar soyunan yerdə bir nəfərin oturduğunu görür. Onu xidmətçi zənn edərək belindəki qızıl təkbəndini açıb, bunu 10-15 dəqiqə əmanət saxla deyərək hamama girir. Hamamdan çıxıb geyinərkən qızıl təkbəndini vilayətin məşhur oğrusunun əlində görəndə təəccüblənir. Bu təkbənd səndə nə gəzir, deyə soruşur. Oğru - özün saxlamaq üçün verdin, deyə narahat halda cavab verir. Bəs niyə götürüb getmədin? Ona görə ki, sən onu mənə verəndə bunu 10-15 dəqiqə əmanət saxla, dedin. Oğru da olsam əmanətə xəyanət edə bilmədim. Məlum olur ki, hamama girən təkbənd sahibi otağın qaranlıq olma səbəbindən əvvəlcədən oğrunu tanımamışdı. Lakin əmanət sözü o qədər qiymətli sözdür ki, hətta oğrunun vicdanıını belə narahat etmiş idi…
    Həyatda belə qiymətli kişilər çoxdur. Onlar tikənin qədrini bilirlər. Amma di gəl ki, mənim özəlləşmiş evimdə 17 il yaşa, Türkiyədə, Almaniyada ticarət əlaqələri qur, Bakının müxtəlif rayonlarında özünə, ailəsinə şərait düzəlt, ev sahibinə də bir çox sağ ol demə, əksinə ona xəyanət elə.belələrinə nə ad vermək olar? Mən nəinki, lüğətdə, hətta ensklopediyada belə adamlara bir ad tapa bilmirəm…

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 819
    +  -  Çap 

    08.05.14
    Təcnislər
    08.05.14
    Müstəzadlar
    08.05.14
    Saqinamə
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30